25 nəfəri aldadan “mahir” dələduz tutuldu

25 nəfəri aldadan “mahir” dələduz tutuldu
  09 Fevral 2018    Oxunub:1189
Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Baş Göynük kənd sakini G.Əlifova ötən ilin yanvar ayında Elçin adlı şəxsin onu aldadaraq 2230 manatını aldığını bildirib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Elçin Dadaşov olması müəyyən edilib. Görülmüş tədbirlərlə o, dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıb.

​Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2017-ci il ərzində Şəki rayon sakini olan 25 nəfəri də aldadaraq dələduzluq yolu ilə onlardan ümumilikdə 4420 manat alması müəyyən edilib. ​Şəki ŞRPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Şəki  





Xəbər lenti