
Kata yarışlarında təsəllverici görüşlərə qatılan Roman Heydərov bürünc mükafatın bir addımlığında mübarizəni dayandırıb. Ermənistanlı idmançını heç bir şans vermədən 5:0 hesabı ilə məğlub edən Osman Osmanlı (+70 kq) da mükafata gedən yolda ani bir səhv üzündən qələbəni əldən verib.
3 fevralda 16-18 yaşlı gənclər, o cümlədən Müseib Məmmədov (-55 kq), Hümmət Baxşəliyev (-61 kq), Məhəmməd Məmmədov (-68 kq), Fərid Şahbazlı (-76 kq), Musa Sarızadə (+76 kq), Mədinə Sadıxova (-48 kq), Renata Ərəbli (-53 kq), Səma İmanzadə (-59 kq), Bəsti İsmayılova (+59 kq) tatamiyə çıxacaq. Bakı vaxtı saat 17-00-da qitə çempionaının təntənəli açılış mərasimi olacaq.

Qeyd edək ki, Soçidə 14-18 yaşlı yeniyetmə və gənclərin 45-ci, 18-21 yaşlı gənclər arasında isə 10-cu qitə çempionatında 44 ölkədən 956 idmançı iştirak edir.
AzVision.az