Cüdoçularımız Avropa kuboku yarışlarına qatılacaq

  31 Yanvar 2018    Oxunub : 1131
Cüdoçularımız Avropa kuboku yarışlarına qatılacaq
Fevralın 3-də Bolqarıstanın paytaxtı Sofiyada kişi cüdoçular arasında açıq Avropa kuboku yarışlarına start veriləcək.
İki gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq. Yığmamızın məşqçilər korpusu Sofiyada 19 cüdoçunu sınamağa qərar verib. Heyətdə Mehman Sadıqov, Tofiq Məmmədov, Sadiq Məhərrəmov (hər üçü 60 kq), Tərlan Kərimov, İlkin Babazadə, İsmayıl İbrahimov, İlqar Müşkiyev (hamısı 66 kq), Telman Vəliyev, Paşa Əliyev (hər ikisi 73 kq), Fəqan Quluzadə, Afiq Səfərli, Coşqun Abdullayev (hər üçü 81 kq), Abdulhaqq Rəsullu, Qurban Qurbanov, Rüfət İsmayılov (hər üçü 90 kq), Adil Kərimli, Sənan Əhmədov, Cəfər Əkbərli (hər üçü 100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) yer alıblar.

Avropa kuboku yarışlarında 30 ölkədən 261 idmançının iştirakı gözlənilir.

AzVision.az

Teqlər: Cüdu   Avropa-Kuboku   Sofiya