Qurban Qurbanov millidə sülhlə başladı - Yenilənib

  30 Yanvar 2018    Oxunub : 2182
Qurban Qurbanov millidə sülhlə başladı - Yenilənib
Antalyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində futbol üzrə Azərbaycan millisi Moldova yığması ilə yoldaşlıq oyunu keçirib.
“Mardan” stadionunda keçirilən oyunda Azərbaycan millisinin start heyətində Kamran Ağayev, Abbas Hüseynov, Maksim Medvedev, Rahid Əmirquliyev, Əfran İsmayılov, Riçard Almeyda, Qara Qarayev, Mahir Mədətov, Cavid Hüseynov, Ruslan Abışov və Pavel Paşayev yer alıblar.

Türkiyəli baş hakim Hüseyin Göçekin idarə etdiyi oyunda hesab açılmayıb.

Millimizi Moldova ilə oyuna yığmamıza yeni təyin olunmuş baş məşqçi Qurban Qurbanov çıxarıb.

Qeyd edək ki, Azərbaycan və Moldova milliləri onuncu dəfə üz-üzə gəliblər. Yubiley duelinədək komandamız 2 qələbə qazanıb, 4 heç-heçə edib, 3 dəfə uduzub.

AzVision.az

Teqlər: Milli   Qurban-Qurbanov   Antalya   Moldova