Partlayışda yaralanan şəxsin kimliyi məlum oldu

Partlayışda yaralanan şəxsin kimliyi məlum oldu
  27 Yanvar 2018    Oxunub:1675
Bu gün səhər saatlarında Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən hündür mərtəbəli yaşayış binasında baş verən partlayış zamanı ağır xəsarət alan şəxsin kimliyi məlum olub.
AzVision.az-ın məlumatına görə, xəsarət alan şəxs 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğludur. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov saytımıza bildirib ki, Z.Mahmudov bədənin 90 faiz yanıq xəsarətləri ilə xəstəxana gətirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Partlayış   Yanıq-Mərkəzi  





Xəbər lenti