275 müəllimin iş yeri dəyişdirilib

275 müəllimin iş yeri dəyişdirilib
  06 Yanvar 2018    Oxunub:3258
Ötən ilin iyununda Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi proqram təminatı tətbiq edilməklə aparılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, idarənin tabeliyindəki ümumtəhsil müəssisələrində daimi əsaslarla işləyən müəllimlərin rayondaxili (şəhərdaxili) yerdəyişməsi çərçivəsində 183 müəllimin, Təhsil Nazirliyi sisteminə daxil olan digər ümumtəhsil müəssisələrində daimi əsaslarla işləyən müəllimlərin respublikadaxili yerdəyişməsi çərçivəsində isə 92 müəllimin iş yeri BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinə dəyişdirilib.

Müəllimlərin işə qəbulu müsabiqəsinin birinci turu üzrə 391, ikinci turu üzrə 219 nəfər müəllim vəzifəsinə işə qəbul edilib.

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqədə tutulmayan və sonradan yeni yaranan vakansiyalar üzrə müəllimlərin müddətli müqavilə ilə (sosial məzuniyyət yerinə, əvəzçilik və saathesabı qaydasında) işə qəbulu zamanı namizədlərin mərkəzləşdirilmiş müsabiqədə göstərdiyi nəticələrə istinad edilib. Cari tədris ili çərçivəsində müddətli müqavilə ilə 866 müəllim işə qəbul üçün göndərilib.

AzVision.az


Teqlər: BŞTİ   Müəllim  





Xəbər lenti