Flippində fırtına zamanı 31 nəfər ölüb

  18 Dekabr 2017    Oxunub : 1217
Flippində fırtına zamanı 31 nəfər ölüb
Flippində fırtına nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, 49 nəfər itkin düşmüş sayılır. Ölü sayının artacağı istisna olunmur.

Qeyd olunub ki, ölkədə 44 min nəfər üçün nəzərdə tutulan 608 təxliyə məntəqəsi açılıb. Arxipelaqda bir çox bərə reysləri də ləğv olunub, turist qayıqlarının dənizə çıxması qadağan olunub. Bu da çoxsaylı adalar arasında hərəkəti çətinləşdirir.

Qeyd edək ki, Cənub-Şərqi Asiyada yerləşən Filippin arxipelaqı 7,5 min adadan ibarətdir və onların yalnız 2 minində insan yaşayır.

AzVision.az

Teqlər: Fırtına