Xarakteri kofe ilə müəyyən etməyin yolları

Xarakteri kofe ilə müəyyən etməyin yolları
  24 Sentyabr 2013    Oxunub:2059
Məlum olub ki, qara kofe sevənlər adətən çox dəqiq, xırdaçı, öz düşüncələrini başqalarınınkından üstün tutan insanlardır.
Alimlərin 1000 kofeman arasında apardıqları analiz ilə insanların xarakterini müəyyənləşdirməyin yeni üsulu tapılıb. Belə ki, insanların içməyə üstünlük verdiyi kofenin növündən asılı olaraq onu içənin necə bir insan -qapaılı və ya açıq xarakterli, səbirli və ya səbirsiz, həssas və ya soyuqqanlı və s. olduğunu, demək mümkündür.

Bu barədə AzVision.az The İndipendent-ə istinadən məlumat verir.

Məlum olub ki, qara kofe sevənlər adətən çox dəqiq, xırdaçı, öz düşüncələrini başqalarınınkından üstün tutan insanlardır. Onlar hər şeydə sadəliyə üstünlük verirlər, çox kəsə, səbirsiz olmaqla yanaşı dəyişiklikləri də sevmirlər.

Əgər latte içirsinizsə, deməli başqalarına zövq verməyi xoşlayırsınız, bunula yanaşı bəzən əsəbi hallarınız da olur.

Kapuçino sevənlər isə adətən daha tələbkar olurlar. Onlar hər şeydə nazarətə meyllidirlər, həssasdırlar və sağlamlıqlarına xüsusi diqqət ayırırlar.

tez həll olan kofe -“intense coffe” içməyi sevənlər süründürməçidirlər, çox vaxt mühüm məsələlərin həllini təxirə salırlar.

Soyuq və şirin kofe içənlər sosial baxımdan güclü olsalar da, bəzən düşüncəsiz hərəkət edirlər.

S.Həsənova


Teqlər:  





Xəbər lenti