Avtomobil qəzası ölümlə nəticələnib

Avtomobil qəzası ölümlə nəticələnib
  22 Sentyabr 2013    Oxunub:1036
Ağdam rayonunda baş verən avtomobil qəzasında iki nəfər ölüb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qəza iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində baş verib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobillərdən biri deformasiyaya uğrayıb, sürücü və 1 nəfər sərnişin hadisə yerində ölüb.

Xilasedicilər sıxılmış vəziyyətdə qalan meyitləri müvafiq qaydada nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

AzVision.az


Teqlər:





Xəbər lenti