`Özünü apara bilməyən təkcə Hafiz Hacıyev deyildi`

`Özünü apara bilməyən təkcə Hafiz Hacıyev deyildi`
  20 Sentyabr 2013    Oxunub:967
Bu, Azərbaycanın imici üçün yaxşı hal sayıla bilməz
AzVision.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov `mediaforum`a müsahibəsində bildirib.

İTV-dəki debat zamanı prezidentliyə namizədlər arasında baş verənləri qiymətləndirən Ə.Həsənov qeyd edib ki, prezidentliyə namizədlərin hərəkətləri, davranışları, işlətdikləri ifadələr, özlərini aparmaları, bir-birilərinə münasibəti nümunə olmalıdır.

Onların hər biri Azərbaycanı idarə etmək iddiasında olan, bunun üçün çalışan insanlardır. Ona görə də prezidentliyə namizədlər davranış qaydalarına əməl etməlidirlər, xalq onlardan bunu gözləyir.

`Hər halda İTV-dəki məsələ namizədlər arasında baş verən prosesdir. Hakimiyyət buna müdaxilə etmək niyyətində deyil. Bizim belə bir fikrimiz yoxdur`,deyə o əlavə edib.

Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyevin debatın normal gedişini pozmasından danışan PA rəsmisi vurğulayıb ki, prezidentliyə namizədlərin oradakı hərəkətlərinə nəzər salsanız görərsiniz ki, yalnız Hafiz Hacıyev deyil, başqalarının da davranışlarında, debatda özlərini aparmalarında müəyyən qüsurlar var.

`Bütövlükdə götürəndə baş verənlər seçki prosesi üçün xoşagələn hal deyil. Bu, Azərbaycanın imici üçün yaxşı hal sayıla bilməz`, deyə o qeyd edib.


Teqlər:  





Xəbər lenti