Azərbaycanlı şahmatçıdan uğurlu nəticə

Azərbaycanlı şahmatçıdan uğurlu nəticə
  07 Noyabr 2017    Oxunub:1694
“Avropa Çempionu olmaqla göstərdik ki, Azərbaycan şahmat ölkəsidir”
AzVision.az xəbər verir ki, bu fikirləri kişilərdən ibarət Azərbaycanın şahmat yığmasının üzvü Rauf Məmmədov deyib.

Avropa Çempionatında 9 oyundan 8 xal yığan şahmatçı Ermənistan yığması üzərində qələbə qazanmağın sevindirici hal olduğunu söyləyib.

“Biz bütün dünyaya göstərdik ki, Azərbaycan şahmat ölkəsidir. Qələbə qazanmaq üçün hazırlaşırdıq. 9 oyunun 9-da iştirak etdim. Azərbaycanı layiqincə təmsil etməyə çalışdım. Fəxr edirəm ki, Ermənistanı məğlub etdik. Bu, sevindirici haldır” – R.Məmmədov deyib.

Qeyd edək ki, Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatında Azərbaycanın kişi şahmatçılarından ibarət yığması qalib olub. Bununla Azərbaycan millisi üçüncü dəfə Avropa Çempionu olub.

Aytən Zəhra
AzVision.az


Teqlər: Rauf-Məmmədov   Şahmat  





Xəbər lenti