Baş redaktora qarşı facebook təxribatı

Baş redaktora qarşı facebook təxribatı
  19 Sentyabr 2013    Oxunub:1470
“Aznews” saytının baş redaktoru Elçin Zahiroğlunun adı ilə feysbuk (“Facebook”) sosial şəbəkəsində saxta profil fəaliyyətini aktivləşdirib.
Qeyd edək ki, bir müddət əvvəl də Elçin Zahiroğlunun profili oğurlanmışdı. Ancaq qısa müddətdən sonra həmin profil sosial şəbəkədə əngəlləndi. Bu gün isə profil yenidən aktivləşib və Elçin Zahiroğlunun imzası ilə ölkənin tanınmış ictimai-siyasi xadimlərinə, o cümlədən xanımlara qeyri-etik mesajlar göndərilib.

Məsələ ilə bağlı Elçin Zahiroğlu bildirdi ki, bu gün hadisədən xəbər tutan kimi həmin profili bağlatdırmaq üçün səy göstərib: “Təəssüf ki, göstərdiyim səylər hələlik nəticə verməyib. Çalışıram ki, qısa müddətdə bu təxribatın qarşısını alım”.

E.Zahiroğlu bu təxribatın hardan qaynaqlandığı haqda hər hansı şübhəsi olmadığını da söylədi və sabah bununla bağlı müvafiq orqanlara müraciət edəcəyini diqqətə çatdırdı: “Bir müddət əvvəl də baş verən anoloji təxribat zamanı aidiyyətlı qurumlara – Daxili İşlər nazirliyi və MTN-ə müraciət etmişdim. Amma heç bir reaksiya olmadı, sözügedən qurumlar bu vaxta qədər cavab verməyiblər. Belə vəziyyətdə hər kəsin bilməyini istərdim ki, mənim profilimdən göndərilən mesajlar mənə aid deyil və mümkünsə, həmin saxta profildən şikayət etsinlər”.
E.Zahiroğluna aid edilən saxta profilin linkini budur: https://www.facebook.com/elchin.zahiroglu


Teqlər:





Xəbər lenti