Aparıcılar tənqid edildi: “Özlərini savadlı göstərmək üçün...”

Aparıcılar tənqid edildi: “Özlərini savadlı göstərmək üçün...”
  10 Oktyabr 2017    Oxunub:2808
"Azərbaycan dilinin daxili imkanları hesabına yaranmış sözlərin olmasına baxmayaraq, bəzi aparıcılar, yazarlar özlərini savadlı göstərmək üçün xarici terminlərdən istifadə edirlər".
AzVision.az xəbər verir ki, bunu Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli “Azərbaycan dilinin müasir problemləri: reallıqlar və vəzifələr” mövzusunda keçirilən konfransda deyib.

İ.Həbibbəyli bildirib ki, qloballaşma şəraiti dillərə, ədəbiyyatlara və mədəniyyətlərə ciddi təsir göstərib. Qloballaşan dünya bizdən ana dilimizin saflığının qorunmasını tələb edir.

"Avropa dilləri ilə yanaşı Türkiyə türkcəsindən də dilimizə sözlər daxil olur. Ancaq o sözlərin Azərbaycan dilində qarşılığı var. Buna görə də dialektlərdə işlənən sözlər, eləcə də arxaikləşən sözlər yenidən aktivləşdirilməlidir".

Vitse-prezident vurğulayıb ki, hazırda yeni orfoqrafiya qaydaları hazırlanır və bu qaydalar müvafiq komissiyanın müzakirəsinə təqdim ediləcək.

AzVision.az


Teqlər: AMEA  





Xəbər lenti