"600-dən çox bal toplayanların sayı 43 faiz artıb" - Təhsil naziri

"600-dən çox bal toplayanların sayı  43 faiz artıb" - Təhsil naziri
  10 Oktyabr 2017    Oxunub:2301
"Ümumi təhsildə keyfiyyətin artırılması üzrə həyata keçirilən tədbirlər ali məktəblərə qəbulun nəticələrində də özünü göstərib"
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Təhsil naziri çıxışında deyib: "Cari ildə ali məktəblərə 37624 nəfər qəbul olub. Tələbə adını qazanmış abituriyentlərin bilik səviyyəsinin yüksəlməsini aşağıdakı rəqəmlər ifadə edir. Son dörd ildə 300-dən çox bal toplayanların sayı 16 faiz, 400-dən çox bal toplayanların sayı 19 faiz, 500-dən bal toplayanların sayı 28 faiz, 600-dən çox bal toplayanların sayı isə 43 faiz artıb".

M.Cabbarov, həmçinin vurğulayıb ki, bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azalsa da, qəbul olanların sayı 36 faiz artıb. Hərbi xidmətdən möhlət hüququ verilməsi ilə əlaqədar ötən illə müqayisədə magistraturaya qəbul olan oğlanların sayı 74 faiz yüksəlib.

AzVision.az


Teqlər: Mikayıl-Cabbarov   Təhsil-Nazirliyi  





Xəbər lenti