Cüdoçularımız daha iki medal qazandılar

Cüdoçularımız daha iki medal qazandılar
  08 Oktyabr 2017    Oxunub:2130
Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə “Qran-Pri” yarışı davam edir.
AzVision.az xəbər verir ki, beynəlxalq turnirin ikinci günü millimiz aktivinə daha iki medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Telman Vəliyev və 81 kq çəki dərəcəsində mübarizə aparan Fəqan Quluzadə mötəbər turnirin bürünc medallarına sahib olublar.

Yarışın ilk günü Vüqar Şirinli (60 kq) qızıl medal qazanıb.

27 ölkədən 183 (91 kişi, 92 qadın) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 5 cüdoçu ilə təmsil olunur.

AzVision.az


Teqlər: Cüdo  





Xəbər lenti