"Qarabağ" yoxlama oyunu keçirəcək

"Qarabağ" yoxlama oyunu keçirəcək
  07 Oktyabr 2017    Oxunub:2723
Milli komandaların oyunları ilə bağlı yaranan fasilədə "Qarabağ" hazırlıqlarını davam etdirir.
AzVision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda gündə bir dəfə olmaqla klubun bazasında məşq edir. Milli yığmalara dəvət alan 14 futbolçunun yoxluğunda əvəzedici heyətin bir neçə üzvü əsas komandanın hazırlıq prosesində iştirak edir.

Qeyd edək ki, "Qarabağ" bu gün saat 16:30-da "Azərsun Arena"da "Sumqayıt"la yoxlama oyunu keçirəcək.

AzVision.az


Teqlər: "Qarabağ"   "Sumqayıt"   Futbol  





Xəbər lenti