Milli Şuranın mitinq keçirəcəyi rayonlar bəlli oldu

  13 Sentyabr 2013    Oxunub : 434
Milli Şuranın mitinq keçirəcəyi rayonlar bəlli oldu
Milli Şura seçkiöncəsi bölgələrdə silsilə aksiyalar keçirəcək.
Bu barədə Milli Şuranın AXCP-dən olan üzvü Həsən Kərimov məlumat verib. Bildirib ki, artıq bölgələrdə keçiriləcək aksiya və görüşlərin qrafiki tam hazırdır.

AXCP rəsmisinin sözlərinə görə, vahid namizəd Cəmil Həsənli rayonlara səfər edərək yerlərdə sakinlərlə görüşəcək. O qeyd edib ki, aksiyalarda Milli Şura rəhbərliyi də iştirak edəcək:

“Seçkiöncəsi bölgələrdə keçiriləcək aksiyaların qrafiki hazırlanır. Milli Şura silsilə olaraq regional aksiyalar keçirəcək. Bundan əlavə, bölgələrdə qapalı görüşlərimiz də olacaq. Artıq bununla əlaqədar Müsavat və AXCP olaraq regional şöbələrə tapşırıqlar vermişik.
Milli Şuranın regionlara səfəri Bakıda keçiriləcək aksiyadan sonra baş tutacaq. Bundan sonra Cəmil müəllim və vəkilləri rayonlara ezam olunacaqlar. Vaxt az olduğundan Cəmil müəllim bütün bölgələrə səfər edə bilməyəcək, amma onu vəkilləri əvəz edəcəklər”.

H.Kərimov bildirib ki, Milli Şuranın 10-a yaxın bölgədə aksiya keçirməsi planlaşdırılır.

“Aksiyalarla bağlı Şəki, Yevlax, İmişli, Saatlı, Sabiradad, Qəbələ, Şamaxıİsmayıllıdan müraciətlər daxil olub. Bu rayonlarda keçiriləcək aksiyalarda Milli Şura rəhbərliyi də iştirak edəcək”-deyə AXCP rəsmisi vurğulayıb.(Modern.az)

Teqlər: