MSK-dan partiya sədrinin müraciətinə təkzib

MSK-dan partiya sədrinin müraciətinə təkzib
  12 Sentyabr 2013    Oxunub:1069
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Mərkəzi Seçki Komissiyasını Apelyasiya məhkəməsinə verməsi ilə bağlı MSK-ya müraciət daxil olmayıb.

Bu barədə AzVision.az-a Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

-Bizə heç bir bildiriş gəlməyib. Fuad Əliyevin məhkəməyə vermək hüququ var. Əgər bizi məhkəməyə versə idi, bildiriş gələrdi. Hələ ki, gəlməyib.

Qeyd edək ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev modern.az-a açıqlamasında bildirib ki, MSK-nı Apelyasiya məhkəməsinə verib:`Mənim imza vərəqələrimdə 8186 imza saxta çıxarılıb. Buna görə MSK-nı Apelyasiya məhkəməsinə vermişəm`.

Xatırladaq ki, ötən gün MSK-nın iclasında F.Əliyevin 40 minlik imza baryerini keçə bilmədiyi əsas gətirilərək, onun prezidentliyə namizədliyini qeydə almayıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti