ABŞ-ın Qarabağ fəallığına səbəb nədir?

ABŞ-ın Qarabağ fəallığına səbəb nədir?
  12 Sentyabr 2013    Oxunub:1539
Bir neçə gün bundan əvvəl ABŞ prezidenti Barak Obamanın prezident İlham Əliyevə yazdığı məktubda nəzərə çapan məqamalardan biri də Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqətin ayrılması idi. Eyni zamanda yeni həmsədr Ceyms Uorlik də vəzifəsinin icrasına iddialı bəyanatlar verməklə başladı.
Maraqlıdır, ABŞ Qarabağla bağlı siyasətində hansısa dəyişikliklərmi edir? Nəyə görə illərdir Qarabağ münaqişəsinə passiv yanaşan Birləşmiş Ştatlar sanki birdən-birə problemin həlli istiqamətində fəal vasitəçiliyə başlayır?

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçlik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun dirketoru, siyasi elmlər doktoru Elman Nəsirovun AzVision.az-a dediyinə görə, 2008-ci ildən bəri münaqişənin tənzimlənməsilə bağlı müşahidəçi statusunda çıxış edən ABŞ indiki halda bir qədər aktivlik göstərməyə çalışır. Bunu həm Barak Obamanın, həm də səfirin Bakıda jurnalistlərlə keçirdiyi brifinqdə dediyi fikirlər nümayiş etdirir.

`Bunlar, təbii ki, çox maraqlı yanaşmalardır. Amma bizim üçün maraqlı olan odur ki, bu yanaşmalar görəsən doğurdanmı öz həllini praktiki tapacaq, yoxsa yalnız mövqe, yanaşma olaraq qalacaq? Bax, bu məsələ indi daha çox aktualdı. Amma belə bir yanaşmanın olması da özlüyündə müsbət hadisədir. Mənə elə gəlir ki, indiki halda ABŞ və Rusiya arasında Suriya ətrafındakı vəziyyətlə, İranla bağlı məsələlər ətrafında xeyli fikir ayrılıqları mövcuddur. Buna görə də bu məsələlər Amerika ilə Rusiya gündəminin əsas məsələlərinə çevrilib. Belə olan vəziyyətdə beynəlxalq konyukturanı və bugünkü geosiyasi reallıqları və daha böyük münaqişələri nəzərə aldıqda, Qarabağ münaqişəsinin tənzimlənməsi Amerika üçün nə qədər maraqlı olsa da, prioritet deyil. Yəni çox da optimist olmaq üçün əsas yoxdur. Bütövlükdə bu, onu göstərir ki, ABŞ bir qədər fəallığını artırmaq niyyətindədir. Bundan sonrakı hadisələrdən asılı olaraq qiymət vermək olacaq ki, bu fəallıq doğurdan da nəticəyə söykənəndir, yoxsa daha çox formal xarakter daşıyır`,- deyə ploitoloq vurğulayıb.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti