Obama seçim qarşısında idi: "Rusiya ilə müharibə istəyirsiniz?"

  28 Avqust 2017    Oxunub : 1390
Obama seçim qarşısında idi: "Rusiya ilə müharibə istəyirsiniz?"
ABŞ-ın Moskvadakı səfiri Con Tefft etiraf edib ki, Rusiya əleyhinə sanksiyalar axmaq alətdir.

AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səfir eyni zamanda bəyan edib ki, buna baxmayaraq sanksiyalara ehtiyac var idi.
“Mənə elə gəlir ki, sanksiyalar axmaq alətdir. Buna dair heç bir sual yoxdur və hamı bunu anlayır”, - səfir “Exo Moskva”ya müsahibəsində deyib.

“Həmin vaxt Barak Obama Administrasiyası seçim qarşısında idi: Siz Rusiya ilə müharibə etmək istəyirsinizmi?”, - deyə səfir izah edib.

Diplomatın sözlərinə görə, sanksiyalar dünyada hüququn pozulması ilə razılaşmadıqlarını ifadə etmək üçün tətbiq olunub.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Rusiya   ABŞ   Səfir