Ermənistanda iki hərbi zavod birləşdirilib

Ermənistanda iki hərbi zavod birləşdirilib
  10 Avqust 2017    Oxunub:1891
Ermənistanda 65 saylı hərbi zavod və Qarni-Ler elmi-istehsalat birliyinin birləşdirilməsi və yenidən təşkil edilməsi haqqında layihə qəbul edilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökümətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Xatırladaq ki, Qarni-Ler elmi-istehsalat birliyi odlu silah lülələrinin istehsalı, təmiri, dəyişdirilməsi və yeni növ silahların emalı ilə, 65 saylı hərbi zavod isə, odlu silah, artilleriyanın ayrı-ayrı sistemlərinin təmiri, qoşunlarda texniki servis işləri və aviasiya məhv edən vasitələrin istehsalı ilə məşğul olur.

Ermənistanın Müdafiə Nazirliyi hər iki şirkətin birləşdirilməsi nəticəsində yüngül silahlanmanın emalı, istehsalı və təmir edilməsinin daha səmərəli olacağını düşünür.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Hərbi-zavod  





Xəbər lenti