Karlovun qətli hələ də araşdırılır

Karlovun qətli hələ də araşdırılır
  10 Avqust 2017    Oxunub:1174
“Rusiyanın Ankaradakı keçmiş səfiri Andrey Karlovun sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı araşdırma hələ tamamlanmayıb. İstintaq bitdikdən sonra nəticələr barədə mediada məlumat veriləcək”.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki yeni səfiri Aleksey Yerxov “Habertürk”ə müsahibəsində deyib.

Diplomat qeyd edib ki, Rusiya təyyarəsinin vurulması ilə səfirin qətli arasında hər hansı əlaqənin olması haqda məlumatlı deyil.

“Bununla bağlı indi məndə məlumat yoxdur. Bunun üçün istintaqın nəticəsinə baxmaq lazımdır”.

Qeyd edək ki, ötən ilin dekabrın 19-da axşam saatlarında Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri A. Karlov qətlə yetirilib. Hadisəni polis əməkdaşı Mert Altıntaş törədib. O, təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Rusiya   Səfir   Karlov   Qətl  





Xəbər lenti