Bakıda 83 nəfəri gün vurub

Bakıda 83 nəfəri gün vurub
  07 Avqust 2017    Oxunub:2535
İsti hava şəraiti olə əlaqədar ötən həftənin şənbə və bazar günlərində günvurma ilə bağlı 11 nəfər Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasına müraciət edib.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müraciət edən şəxslərdən 4-ü xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, 1 iyun tarixindən indiyədək 83 nəfər günvurma ilə bağlı BŞTTYS-ya müraciət edib. Onlardan 36 nəfəri xəstəxanaya yerləşdirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: BŞTTYS   Səhiyyə-Nazirliyi   Günvurma  





Xəbər lenti