50 min şəxs müəllim olmaq istəyir - Rəsmi

50 min şəxs müəllim olmaq istəyir - Rəsmi
  26 İyul 2017    Oxunub:2513
"Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsinin ikinci günündə artıq 6 minə yaxın şəxs iştirak edib".
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. Onun sözlərinə grə, imtahanlar avqustun 5-dək davam edəcək: "Bu il nazirliyə rekord sayda müraciət daxil olub. Müəllim adını qazanmaq istəyənlərin sayı 50 minə yaxındır. Onlardan 47 mini elektron ərizəsini təsdiq edib və imtahanlara dəvət olunub. İlk günlər ibtidai sinif müəllimliyi üzrə sənəd verənlər imtahanlara dəvət olunur".

E. Bağırov qeyd edib ki, bu il müsabiqəyə minlərlə vakansiya təqdim olunub: "Vakant yerlərin böyük hissəsi ibtidai sinif müəllimliyi üzrədir. Azərbaycan dili-ədəbiyyat, riyaziyyat, ingilis dili fənləri üzrə isə vakansiyalarda rəqabət daha çox olacaq", - nazirlik rəsmisi vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: müəllim   imtahan  





Xəbər lenti