TQDK və Təhsil Nazirliyi birgə qərar verəcək

TQDK və Təhsil Nazirliyi birgə qərar verəcək
  06 Sentyabr 2013    Oxunub:1256
`Çap olunacaq dərsliklərdə TQDK-nın təklif və iradları nəzərə alınıb`
AzVision.az xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov TQDK-nın dərsliklərə tutduğu irad və təkliflərlə bağlı APA Tv-yə bildirib.

O, qeyd edib ki, dərsliklərdəki nöqsanlarla bağlı təbii ki, TQDK-nın rəy və təklifləri olur və kitab müəlliflərinin də rəyi nəzərə alınaraq bu nöqsanlar aradan qaldırılır.

Nazir müavinin sözlərinə görə, Təhsil Nazirliyi ilə TQDK arasında razılaşma əldə olunub və birgə portal yaradılacaq. Beləliklə də, dərsliklərdə həm TQDK-nın, həm Nazirliyin, həm müəlliflərin rəyləri nəzərə alınacaq.

`Hazırda konstruktiv dialoqumuz gedir. Düşünürük ki, burada ortaq bir məxrəc əldə ediləcək. Çünki, hər iki qurumun əsas məqsədi dərsliklərin keyfiyyətinin yaxşılaşdırılmasıdır`.

C. Bayramov onu da əlavə edib ki, bu il ilk dəfə olaraq yeni çap olunmuş dərsliklərdə müəlliflik hüquqları nəşriyyata yox, Təhsil Nazirliyinə məxsusdur. Nazirlik rəsmisi bildirib ki, bu da elektron təhsilin təşkilində Nazirliyə kömək edə biləcək.

AzVision.az



Teqlər:  





Xəbər lenti