Baş Prokurorluqdan Əflan İbrahimovla bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Əflan İbrahimovla bağlı  AÇIQLAMA
  06 Sentyabr 2013    Oxunub:1054
Sabiq müavinin Eldəniz Quliyevi ifşa edən sənədləri Baş Prokurorluğa təqdim etdiyi rəsmən təsdiqləndi.
Xəbər verdiyimiz kimi yeni yaradılan alternativ "El" hərəkatının sədri Əflan İbrahimov növbəti iddia ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə müraciət etdiyni deyib. Müraciətin məzmununda bildirilir ki, Ziyalılar Forumunun iclasında Eldəniz Quliyev ABŞ-a və İsrailə qarşı çıxışlar edib, onlara qarşı müsəlmanların cihada hazır olmalarını bəyan edib.

Sabiq müavin bütün bunları təsdiq edən material və sənədləri Baş Prokurorluğa təqdim etdiyni də bildirib.

Məsələni dəqiqləşdirmək üçün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sulatanova müraciət etdik. Baş Prokurorluğun rəsmisi Əflan İbrahimovun Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə müraciət etdiyini təsdiqləyərək, onda olan materialların qeyd edilən idarəyə təqdim etdiyini təsdiq edib.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti