Əhmədinejadın ən yadda qalan sitatları

Əhmədinejadın ən yadda qalan sitatları
  06 Sentyabr 2013    Oxunub:1841
Avqustun 4-də Həsən Ruhani ölkə prezidenti qismində and içib. O, beynəlxalq sanksiyaların dağıdıcı təsiri, iqtisadiyyatın ağır vəziyyəti kimi əvvəllər yasaq sayılan mövzularda danışsa da, onun hansı məqamlarla yadda qalacağını indidən demək çətindir. Amma keçmiş prezident Mahmud Əhmədinejaddan yaddaşda çoxlu maraqlı sitatlar qalıb. Onlardan bəzilərilə tanış olun.

"Bu gün onlar yəhudilərin soyqırımı adlandırdıqları mifi yaradıblar və bunu Allahdan, dindən və peyğəmbərlərdən yüksək bir prinsip hesab edirlər", Əhmədinejad 2005-ci ildə, Zahedanda etdiyi çıxışda Xolokost haqqında deyib. O, dəfələrlə Holokostu "qondarma mif" kimi təsvir edib.


"İsrail Yer üzündən silinməlidir.”

2006-cı ildə verdiyi bəyanatda Əhmədinejad deyib ki, İsrailin mövcudluğu dayandırılmalıdır. Bu, prezidentliyinin nə birinci, nə də sonuncu belə çıxışı deyildi.



"İranda homoseksuallar yoxdur, sizin ölkənizdən fəqrli olaraq.”

Cənab Əhmədinejadın 2007-ci ildə Nyu Yorkdakı Columbia University institutunda etdiyi çıxışı şəhərdə etirazlara səbəb olmuşdu. Bir çox amerikalı deyib ki, o, dəvət olunmamalı idi. Buna baxmayaraq onun çıxışı dillər əzbəri oldu.



"İndiyə qədər neçə sanksiya tətbiq etmisiniz? Üç, dörd, daha yüzünü də tətbiq etsəniz İran xalqına zərər vura bilməzsiniz."

Əhmədinejad televiziyada yayımlanan müsahibədə ABŞ, BMT və Aİ-nin sanksiyalarını rədd edib.



"Bir az toz və palçıq, gur axan çayan bənzər İran xalqına qarşı heç nə edə bilməz."

2009-cu ilin mübahisəli seçkilərindən cəmi iki gün sonra, Tehrandakı Vali-Asr Meydanında danışarkən Əhmədinejad müxalifəti "toz və palçıq" adlandırıb.



"İran dünyanın ən liberal ölkəsidir."

Cənab Əhmədinejad Almaniyanın RTL televiziya şəbəkəsilə müsahibəsində ölkəsinin liberal keyfiyyətlərindən bəhs edib.



"Düşmən bizə qarşı müharibə başlayıb. Onlar yağış buludlarının İrana çatmasının qarşısını alırlar. Amma biz qalib gələcəyik."

İranda havalar ölkə tarixində ən qızmar zaman, Prezident Əhmədinejad bunu "Qərbdən gələn sabotaj"la izah edib.



"Prezident ən yüksək icraedici rəsmidir və mən əminəm ki siz, konstitusiyanın gözətçisi olaraq, Prezidentin səlahiyyətinin təhrif olunmasına razı deyilsiniz."

2012-ci ildə, cənab Əhmədinejad Ali Dini Lider Ayatullah Xameneyiyə qarşı gözlənilməz etiraz nümayiş edib. O, yüksək rütbəli rəsmilərəi öz aralarında savaşmamaq barədə xəbərdarlıq edirdi.



"Chavez, əslində, Venesuela xalqına xidmət edən, inqilabçı və bəşəri dəyərləri müdafiə edən qurban idi."

2013-cü ildə Venesuela Prezidenti Hugo Chavezin ölümü haqqında danışarkən cənab Əhmədinejad əlavə edib ki, Chavez "İsa peyğəmbər və Qüsursuz İnsanla (Əhmədinejadın sonuncu imama verdiyi ad) birlikdə dünyaya qayıdıb dinc, şən və bərabər cəmiyyət quracaq".



Teqlər:  





Xəbər lenti