Konsertin sonunu gözlədi və öldü - VİDEO

Konsertin sonunu gözlədi və öldü - VİDEO
  05 Sentyabr 2013    Oxunub:1608
Argentinanın məşhur opera sənətçisi Florensiya Fabris səhnədə Cüzeppe Verdinin “Rekviemi”ni ifa edərkən beyin qanaması keçirib. Xəstəxanaya aparılan xanım Fabrisi xilas etmək mümkün olmayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Florensiya Fabris Argentinanın San Xuan şəhərində verdiyi konsert zamanı arianın bitməsini gözləyib. Konsertin sonlarına doğru oturmağa məcbur olan gənc soprano tamaşaçıların alqış sədaları altında və yanındakı xanımın yardımı ilə zalı tərk edib. Tez bir zamanda Mendoza şəhərinə çatdırılan Florensiya Fabrisi xilas etmək mümkün olmayıb.

İki uşaq anası, 38 yaşlı Fabrisin beyin qanaması keçirdiyi anlar kameralar tərəfindən çəkilib.





Teqlər:





Xəbər lenti