Rusiya və Ermənistan prezidentləri Qarabağı müzakirə etdilər

Rusiya və Ermənistan prezidentləri Qarabağı müzakirə etdilər
  04 Sentyabr 2013    Oxunub:1894
Rusiya və Ermənistan prezidentləri Vladimir Putinlə Serj Sarkisyan Moskvada keçirdikləri görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da müzakirə aparılıb.

Onların birgə bəyanatında bildirilib ki, “Dağlıq Qarabağ münaqişəsinin yalnız ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə iş formatında, gücdən və güc təhdidindən istifadə etməmə, dövlətlərin ərazi bütövlüyü, xalqların öz müqədəratını təyin etmək hüququ prinsiplərinə əsaslanan dinc vasitələrlə həlli” mümkündür.
Kremlin açıqlamasında daha sonra qeyd edilib ki, “regional sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədi ilə tərəflər hərbi-siyasi və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinə hazırdırlar”.

AzVision.az



Teqlər:  





Xəbər lenti