Tramp FTB rəhbərini işdən qovdu

Tramp FTB rəhbərini işdən qovdu
  10 May 2017    Oxunub:1656
ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri Ceyms Komini işdən çıxarıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezident Donald Tramp bu gün FTB direktoru Ceyms Komini səlahiyyətlərinin başa çatması və vəzifədən uzaqlaşdırılması barədə məlumatlandırıb”, - deyə Ağ Evin mətbuat xidmətinin rəhbəri Şon Spayser jurnalistlərə bildirib.

“FTB - ən sevilən və hörmət olunan qurumlardan biridir. Bu gün hüquq-mühafizə qurumlarının incisi üçün yeni dövrün başlanğıcı olacaq”, - deyə Tramp bəyan edib.

Qeyd edək ki, Komi prezident Barak Obama tərəfindən 2013-cü ildə FTB rəhbəri vəzifəsinə 10 illik müddətə təyin olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Ağ-Ev   Tramp  





Xəbər lenti