Venesuelada 35 etirazçı öldürülüb - VİDEO

Ən çox ölüm faktı paytaxt Karakasda qeydə alınıb – 18 nəfər. Ölənlərdən 4-ü yeniyetmədir. Venesuela prokurorluğu bildirir ki, hazırda insanların həlak olması və yaralanması halları ilə əlaqədar istintaq tədbirləri keçirilir.
Qeyd edək ki, aprelin 4-də Ali Məhkəmə müxalif Milli Assambleyanın hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara səbəb olub.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Venesuela