"Həmin şəkilləri Putinə göstərdim" - Ərdoğan

"Həmin şəkilləri Putinə göstərdim" - Ərdoğan
  04 May 2017    Oxunub:4280
Rusiya prezidenti Vladimir Putin Suriyada kürd dövlətinin yaradılmasına müsbət baxmır. AzVision.az “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi son görüşlə bağlı jurnalistlərə verdiyi açıqlamasında bildirib.
O, görüş zamanı Rusiya hərbçilərinin “PYD” terrorçuları ilə birlikdə çəkdirdikləri fotoları həmkarına təqdim etdiyini bildirib:



“Fotolar var əlimizdə. Hamısını təqdim etdik. Dedi ki,(red-V. Putin) hərbçilər belə bir prosesdə iştirak edə bilməz. Qətiyyən silahlarımız PYD və PKK-ya verilməməlidir. Buna baxmayaraq, bu rəsmləri tədqiq edəcəyəni dedi”.

Ərdoğan rusiyalı həmkarı ilə görüşündə Akkuyu nüvə stansiyasının gələcək taleyi, “Türk axını” qaz kəmərini müzakirə etdiklərini bildirib: “Vladimir Putini mayın 22-də keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplatısına dəvət etdim. Həmkarımın gələcəyinə ümid edirəm. Çünki, QDİƏT-in 25-ci ili qeyd olunur. Eenerji nazirliyimiz danışıqları intensiv şəkildə davam etdirir. Akkuyu və Kıyıköyde işlərimiz var”.

Rusiyanın Türkiyədən pomidor idxalına qoyduğu qadağanın saxlanması məsələsini də toxunan Ərdoğan bildirib ki, “zərurət yaranarsa, Türkiyə yeni təchizat bazarları tapacaq, Rusiyanın qərarı isə yerli istehsalçıların müdafiəsi üçün qəbul olunub”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Türkiyə   Suriya   PKK   PYD  





Xəbər lenti