Yaxşılıq yoxsa pislik üçün tələsirsən?..

Yaxşılıq yoxsa pislik üçün tələsirsən?..
  30 Avqust 2013    Oxunub:28981
Həyatını aldıqlarınla qazanırsan, amma verdiklərinin üzərində inşa edirsən.
Millət vəkili Qənirə Paşayeva facebook profilində xeyir və şərdən bəhs edən maraqlı yazı paylaşıb. AzVision.az yazını oxuculara təqdim edir.

Yaxşılıq və pislikdən yazmaq istəyirəm... Çünki nə qədər qəribə olsa da etdiyimiz yaxşılıq və pisliklər hər zaman qarşımıza çıxır. Bəzən fərqində olub görmək istəməsək də... Atalarımız çox gözəl deyib. ” Nə tökərsən aşına o da çıxar qaşığına”.
Bir müddən öncə gerçək bir həyat hekayəsi oxumuşdum və ondan çox təsirlənmişdim. Onu sizinlə də paylaşmaq istədim. Çünki sözün həqiqi mənasında həyatın mənası, yaxşılıq və pislik barəsində ciddi düşünməyə səsləyən gerçək, maraqlı və düşündürücü bir həyat hekayəsidir.
İllər öncə bir ingilis aristokratı xanımı və oğlu ilə bərabər yay tətilini keçirmək üçün Şotlandiyada təbiət qoynunda gözəl və sakit bir bölgəyə gedir. Tətil günlərinin birində aristokratın oğlu kəndin yanındakı meşəlikdə təkbaşına dolaşmağa başlayar. Meşənin içərisindən axan kiçik çayın dayanılmaz cazibəsinə qapılaraq suya girər. Qəfildən başlayan dayanılmaz bir ağrı ilə ayağı qıc olan gənc adam bir neçə dəqiqə içində özünü suyun üzərində tutacaq son gücünü də itirər. Təlaş içində bağırmağa, yardım çağırmağa başlayar. Çayın yaxınlığında yerləşən tarlada çalışan bir kənd uşağı fəryadları duyunca dərhal işini buraxıb səsin gəldiyi tərəfə doğru qaçar. Gənc kəndli dərhal suya tullanaraq boğulmaqda olan yabançı gənci xilas edər. Dəliqanlının atası oğlunun ölümdən qurtulmasına yardımçı olan gənc kəndli ilə tanış olub təşəkkür etmək üçün evinə dəvət edər. Söhbət əsnasında cəsur kəndlidən gələcəyi ilə bağlı planlarını soruşar. "Atam kimi fermer olacağam", - gənc adam istəksiz şəkildə cavab verər. Ata, vəfa borcunu ödəmək üçün axtardığı fürsəti tapdığını düşünər. "Başqa bir şeymi olmaq istərdin yoxsa?", - deyə gənc kəndlidən soruşar. "Bəli", - deyə gənc şotland başını yellədər, "hər zaman həkim olmaq istədim, amma belə bahalı bir təhsili atam qarşılaya bilməz..." İngilis ata "tibb fakültəsində oxumağın üçün lazım olan bütün məsrəflərini mən qarşılayacağam", - deyər.
Fermer Fleminqin oğlu Londondakı St.Mary Hospitaldan Tibb fakültəsinin məzunu olar və bütün dünyaya adını penisilini tapan elm adamı olaraq tanıtdırar. Bir müddət sonra aristokratın oğlu sətəlcəmə tutular. Onu bilirsinizmi nə qurtarar? Penisilin!
Bu hekayədə adı keçən aristokratın adı Lord Randolp Çörçil, oğlunun adı Ser Uinston Çörçil, onu xilas edən həkim, yəni fermerin oğlu isə Ser Aleksandr Fleminqdir.
1943-cü ilin dekabrında Uinston Çörçil Şimali Afrikada xəstələnər. Diaqnoz sətəlcəmdir. Fleminq İngiltərədən Afrikaya uçar və yeni dərmanını İngiltərənin Baş nazirinə tətbiq edər. Dərman dərhal təsirini göstərər. Aleksandr Fleminq Çörçilin həyatını qurtarar, həm də ikinci dəfə.
Belə əziz dostlar. İnsan hər zaman yaxşılıq etməyə tələsməlidir, pislik etməyə deyil. Çünki o istənilən an, istənilər yerdə bəzən heç gözləmədən bəzən də ən çox ehtiyac duyduğumuz anda qarşımıza çıxar. Pislik də eləcə...
P.S : Bunu insanların bir çoxunun yaxşılıq deyil pislik etmək üçün tələsdiyini gördüyüm və təssüf ki, belələrinin sayının getdikcə daha çox artığını müşahidə etdiyim üçün yazdım. Deyirlər gerçək həyat hekayələri çox təsirli olur. Ümid edirəm ki, bu gerçək həyat hekayəsi onu oxuyanların ən azı yarısını bu barədə düşündürəcək...


Teqlər:  





Xəbər lenti