Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılır

Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılır
  24 Aprel 2017    Oxunub:1153
“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq 3 küçədə müvafiq işlər aparılacaq.
“Azəravtoyol” ASC-dən AzVision.az-a verilən məlumata görə, Nəsimi rayonu Yusif Vəzir Çəmənzəminli və Səməd Vurğun, həmçinin Səbail rayonu Rəşid Behbudov küçələrində rənglənmə işlərinə bu axşam 22:00-dan etibarən start veriləcək. İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.

“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

AzVision.az


Teqlər: yol   təmir  





Xəbər lenti