Smartfonlar vaxta qənaət etməyə kömək edir

Smartfonlar vaxta qənaət etməyə kömək edir
  28 Avqust 2013    Oxunub:1419
İstifadəçilər mobil proqramlar vasitəsilə gündəlik 88 dəqiqə boş vaxt qazanırlar
“Harris Interactive” analitik şirkətinin ekspertləri belə qənaətə gəliblər ki, smartfon sahibləri mobil proqramlar vasitəsilə gündəlik 88 dəqiqə və ya il ərzində 22 gün boş vaxt qazanırlar. Sorğuda iştirak edən 2120 nəfərin 971-i smartfon istifadəçisi olub.

Məlumata görə, ən çox istifadə edilən elektron poçt, mətn mesajlarıyla mübadilə və sosial şəbəkə proqramlarıdır. Buraya mobil oyunlar, veb-brauzerlər, hava haqqında məlumatları əks etdirən proqramlar, naviqasiya və kartoqrafiya xidmətləri, həmçinin təqvim daxildir.

Respondentlərin fikrincə, onlar ən çox messencerdən istifadə hesabına vaxta qənaət edirlər - gündə orta hesabla 53 dəqiqə. Müqayisə üçün qeyd edək ki, istifadə tezliyinə görə lider olan poçt xidmətləri hər gün 35 dəqiqə, sosial şəbəkə proqramları isə 25 dəqiqə vaxta qənaət etməyə kömək edir.

Smartfon sahibləri qeyd ediblər ki, “ağıllı telefonlar” sadəcə olaraq şəxsi istifadə qurğusu deyil, həm də əsl iş alətidir. Belə ki, GPS və poçt xidmətləri hər beşinci kommunikator sahibinə əsasən iş, hər üçüncü istifadəçiyə isə həm şəxsi, həm də iş məqsədləri üçün eyni dərəcədə lazım olur


Teqlər:  





Xəbər lenti