Bakıda işıqlar sönəcək

Bakıda işıqlar sönəcək
  25 Mart 2017    Oxunub:9791
Bu gün Bakıda saat 20:30 - 21:30 arası bir sıra obyektlərin işıqları söndürüləcək.
AzVision.az-ın məlumatına görə, "Yer saatı - 2016" kampaniyası çərçivəsində baş tutacaq. Kampaniya Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və GREEN BAKU Ekoloji Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbir "İqlim dəyişikliyinə Bir İşıq Saç!" şüarı altında qeyd ediləcək.

Qeyd edək ki, "Yer saatı" kampaniyası ilk dəfə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) tərəfindən 2007-ci ildə Avstraliyada başladılmışdır. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı fəsadlara yönəltməkdir.

"Yer saatı" aksiyaları zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə insanları enerjiyə qənaət edilməsinə təşviq edirlər. Məlum olduğu kimi, elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazları iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. Bununla əlaqədar, "Yer saatı" aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi vurğulanır.

Hər il mart ayının son şənbə günü qeyd olunan "Yer saatı" kampaniyasına beynəlxalq ictmaiyyət tərəfindən diqqətin artması müşahidə olunur və bunun nəticəsi olaraq, 2015-ci ildə dünyanın 172 ölkəsinin 7000-dən çox şəhəri və bir milyarda yaxın insan bu kampaniyaya qoşulub.

WWF-in Azərbaycan nümayəndəliyi və GREEN BAKU Ekoloji Gənclər Birliyi 2016-cı ilin 19 mart tarixində Bakı şəhərində "Yer saatı" kampaniyası çərçivəsində maraqlı tədbirlər və müsabiqə keçirəcəkdir. Eyni zamanda şəhərimizin ən məhşur binaları fasad işıqlarını bir saat müddətində söndürərək bu kampaniyaya dəstək verəcəklər.

AzVision.az


Teqlər: Bakı   işıq  





Xəbər lenti