Yaralılardan biri Sosiologiya ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Lalə Nəsibovadır. L.Nəsibova əməliyyat edilib, vəziyyəti kritikdir.
İlkin məlumata görə, qəza baş verən zaman miktoavtobusda 28 nəfər olub.
***

(Qəzada dünyasını dəyişən tələbə 1999-cu il təvəllüdlü Canıyev Rəşad)

(Qəzada dünyasını dəyişən tələbə 1996-cı il təvəllüdlü İbrahim Nəsibov)
***
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzVision.az-a bildirib ki, qəzada ölən şəxslərin 3-ü tələbədir. Onlardan ikisi oğlan, biri isə qızdır.
***
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun maneəyə çırpılması nəticəsində Sumqayıt Dövlət Universitetinin iki tələbəsi həyatını itirib, bir neçə tələbə isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerlşdirilib.
SDU-nun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hal-hazırda Sumqayıt Dövlət Universitetinin rektoru, prorektorlar və dekanlar hadisə yerindədirlər. İrəliləyən dəqiqələrdə hadisə ilə bağlı informasiya veriləcək.
Qeyd edək ki,Səhiyyə Nazirliyinin rəsmi məlumatına əsasən qəza zamanı 3 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb.
***
Qəza zamanı dünyasını dəyişən tələbələrin adları məlum olub.
SDU-nun mətbuat xidmətin rəhbəri Nazxanım Cəlilova AzVision.az-a bildirib ki, Fizika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim qəza zamanı dünyasını dəyişib.
Qeyd edək ki, qəza zamanı yaralanan tələbələr Sumqayıt Şəhər Xəstəxanasına və Bakıda yerləşən 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb.
Anar Kəlbiyev
Aytən Zəhra
AzVision.az