Qardaş qardaşı öldürdü

Qardaş qardaşı öldürdü
  26 Avqust 2013    Oxunub:1024
Faktla bağlı cinayət işi başlanılıb
Abşeron Rayon Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən saat 24 :00 radələrində Abşeron rayonunun, Xırdalan şəhər sakini 1972-ci il təvəllüdlü Ağaşərif Hüseynov aralarında baş vermiş mübahisə zamanı onunla həmin ünvanda yaşayan qardaşı 1974 –cü il təvəllüdlü Əbdülə çoxsaylı bıçaq xəsarətləri yetirərək, sonuncunu qəsdən öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti