Rusiya qoşunları Ermənistanda döyüş hazırlığına başladı (VİDEO)

"Həyəcan siqnalı üzrə döyüş hazırlığında motoatıcı, tank, kəşfiyyat, artilleriya və zenit bölmələri çətin taktiki şəraitdə hava hücumlarını dəf etmək, zəhərli maddələrin, daş uçqunlarının və şərti təxribat-kəşfiyyat qruplarının olduğu zonaların dəf edilməsi üzrə bacarıqlarını artırır", - CHD-nin yaydığı məlumatda bildirilib.
Hava Hücumundan müdafiə bölmələri hava məkanını Rusiyanın Erebunidəki hərbi bazasına məxsus "Buk M1-2", "S-300V" kompleksləri, "MiQ-29" qırıcı təyyarəsi, eləcə də "Mi-8Mt" və "Mi-24p" tipli helikopterlərdən istifadə edərək qoruyur.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Azərbaycan Ermənistan Qarabağ Rusiya