`Facebook`da pulköçürmə sistemi istifadəyə verilib

`Facebook`da pulköçürmə sistemi istifadəyə verilib
  25 Fevral 2017    Oxunub:3095
“Facebook” korporasiyası Böyük Britaniyanın “TransferWise” şirkəti ilə birlikdə pulköçürmə funksiyasını beynəlxalq formatda istifadəyə verib.

Hazırda yeni funksiyadan yalnız Avstraliya, ABŞ, Kanada və Böyük Britaniyada, eləcə də bir sıra Avropa ölkələrində yararlanmaq olar. Lakin yaxın gələcəkdə dünyanın istənilən nöqtəsindən pul göndərmək və qəbul etmək mümkün olacaq.

Funksiya pulköçürmələr üzrə standart əməliyyatlarla yanaşı, məlumatlandırma baxımından da faydalıdır. Yeni servis birja bazarlarındakı vəziyyət barədə rahat və vaxtında xəbərdar edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti