Çavuşoğludan Azərbaycana dəstək: `Xocalını unutmadıq`(VİDEOXƏBƏR)

Çavuşoğludan Azərbaycana dəstək: `Xocalını unutmadıq`(VİDEOXƏBƏR)
  22 Fevral 2017    Oxunub:3478
“Xocalı qətliamı insanlığa qarşı törədilmiş cinayətdir”

AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda deyib.

“İnsanlığa qarşı cinayət olan “Xocalı” qətliamının 25-ci ildönümündə azərbaycanlı qardaşlarımızın yanındayıq. Xocalını unutmadıq. Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə dayanmadan, yorulmadan təbliğ edəcəyik. İllərlə biz uydurma “erməni soyqırımı” iddialarına qarşı mübarizə aparırıq. Ermənistan birgə komissiya yaratmaq, arxivləri açmaq barədə irəli sürdüyümüz təklifləri rədd edib. Ermənistan həqiqətlərlə üzləşmək istəmir”.

Nazir əlavə edib ki, Xocalı qətliamı reallıqdır: “21-ci əsrdə, 25 il bundan öncə bütün dünyanın gözləri qarışısında baş verib. Xüsusəndə Xocalı qətliamını törədən komandirin “Azərbaycanın mülki vətəndaşlarına toxunmayacağımıza inanalar Xocalıda nə edə biləcəyimizi görüblər” deyərək özünü müdafiə edir. Bu, bir vəşhlikdir. Ən acınacaqlısı isə odur ki, həmin şəxs hazırda bu ölkəni (Ermənistan - red) idarə edir. Bu gün Ermənistanı idarə edənlərin insanlıq anlayışı budur”.

Nazir əlavə edib ki, ermənilər uydurma “erməni soyqırımı” iddiaları ilə bağlı apardıqları təbliğatda məğlubiyyətlə üzləşiblər: “Ermənistan hər yerdə məğlub olur və bu məğlubiyyətlər davam edəcək. Sonuncu dəfə Fransa məhkəməsinin qəbul etdiyi qərar onlara tərs sillədir. Ötən il İsveçrədə Avropa İnsan Haqları Məhkəməsinin uydurma “erməni soyqırımı” iddialarına qarşı beynəlxalq miqyasda mübarizə aparan Tələt Paşa Komitəsinin koordinatoru, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəklə bağlı verdiyi qərar da ermənilərə tərs sillədir”.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti