Gəncə sakini 7 kq marixuana ilə tutuldu

Gəncə sakini 7 kq marixuana ilə tutuldu
  24 Avqust 2013    Oxunub:1108
Faktla bağlı cinayət işi açılıb.
Gəncə Baş Polis İdarəsindən verilən məlumata görə, Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları qərb regionunda narkotik maddə saxlamaqda şübhəli bilinən bir nəfəri saxlayıblar. Bu barədə AzVision.az İnterfax-a istinadən xəbər verir.

Qeyd olunur ki, sözügedən Gəncə sakinin üzərindən 5 kq, evində aparılan axtarışlar zamanı isə daha 2 kq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırmalar davam edir.
AzVision.az



Teqlər:





Xəbər lenti