İğdırda ölən 3 azərbaycanlının nəşi vətənə gətirilib

  21 Fevral 2017    Oxunub : 12820
İğdırda ölən 3 azərbaycanlının nəşi vətənə gətirilib
“Ötən gün Naxçıvan-İğdır avtomobil yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində həlak olan 3 Azərbaycan vətəndaşının nəşi vətənə göndərilib”

Bu barədə AzVision.az-a Azərbaycanın Qarsdakı Baş Konsulu Nuru Quliyev bildirib.

“Üç azərbaycanlının meyiti vətənə göndərilib. Yüngül yaralanan şəxslərin bir hissəsi artıq Naxçıvana qayıdıb. Digərləri isə Türkiyədə müalicələrini davam etdirirlər. Qəzada xəsarət alan iki nəfərin vəziyyəti ağır-stabil olaraq qalır. Onlardan biri Ərzurumda, digər isə İğdırdadır. Hazırda yaralıların yanındayam”.

Konsulun sözlərinə görə, qəza nəticəsində ölən və yaralanan azərbaycanlıların hamısının şəxsiyyəti müəyyənləşdirilib.

Qeyd edək ki, ötən gün İğdır-Naxçıvan avtomobil yolunda iki sərnişin avtobusu toqquşub. Qəza nəticəsində 8 nəfər ölüb, 28 nəfər yaralanıb. Yaralılardan 26-sı Azərbaycan vətəndaşıdır.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: