Kiyevdə yeni etiraz aksiyaları - Polislə qarşıdurma oldu (VİDEOXƏBƏR)

Kiyevdə yeni etiraz aksiyaları - Polislə qarşıdurma oldu (VİDEOXƏBƏR)
  20 Fevral 2017    Oxunub:2511
Ukraynanın paytaxtı Kiyevdə polislə etirazçılar arasında toqquşma baş verib.

Bu barədə Kiyev şəhərinin polis rəisi Andrey Krişşenko bildirib. Onun sözlərinə görə, insident nəticəsində 1 polis əməkdaşı xəsarət alıb, 5 etirazçı saxlanılıb. “112 Ukrayna” 10 etirazçının müxtəlif dərəcəli xəsarət alması barədə məlumat yayıb.



Bundan əvvəl Kiyevdə qondarma Donetsk və Luqansk xalq respublikalarının blokadaya alınmasının tərəfdarları prezident Petro Poroşenkonun iqamətgahı qarşısında çadır qurublar. Hazırda Kiyevdə vəziyyət sakitdir. Paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, Kiyevdə qondarma Donetsk və Luqansk xalq respublikalarının blokadaya alınmasının tərəfdarları prezident Pyotr Poroşenkonun iqamətgahı qarşısında çadır qurublar. Etirazçılar yaxın müddətdə daha bir çadırın qurulacağını bildiriblər. (Ap)

AzVision.az


Teqlər:





Xəbər lenti