Rus general Bakıda ABŞ-dan hesabat istəyəcək - (VİDEOXƏBƏR)

Rus general Bakıda ABŞ-dan hesabat istəyəcək - (VİDEOXƏBƏR)
  16 Fevral 2017    Oxunub:3794
"Rusiyanın Müdafiə Nazirliyi Pentaqonla əməkdaşlığı bərpa etməyə hazırdır. Lakin bizimlə güc yolu ilə dialoq qurmaq cəhdləri perspektivsizdir"

AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Ceyms Mettisin NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə səsləndirdiyi bəyanata cavabında deyib: “Bu gün Bakıda Silahlı Qüvvələrimizin Baş Qərargah rəisi Valeri Gerasimovun amerikalı həmkarı Cozef Danfordla görüşündə Pentaqondan izahat gözləyirik”.

Qeyd edək ki, Pentaqon rəhbəri Ceyms Mettis NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə ABŞ-ın Moskva ilə güc mövqeyindən danışmaq niyyətində olduğunu deyib.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti