Sərhədi pozmağa çalışan silahlı şəxs güllələndi - (VİDEOXƏBƏR)

Sərhədçilər təlimata uyğun hərəkət edərək silah tətbiq edib və sərhəd pozucusunu sol ayağından yaralayaraq yaxalayıblar. Ona ilkin tibbi yardım göstərilib.
Yaralı şəxsin Samux rayonu Salahlı kənd sakini, 1966-cı il təvəllüdlü Qarayev Məhəmməd İsa oğlu olduğu müəyyən edilib və Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə baxış zamanı bir ədəd 12 mm-lik qoşalülə ov tüfəngi, bir ədəd patron qatarı, 12 ədəd dolu və 8 ədəd boş patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az