Kim Çen Inın qardaşı öldürüldü - (Yenilənib)

Kim Çen Inın qardaşı öldürüldü -  (Yenilənib)
  14 Fevral 2017    Oxunub:16724
Malayziya polisi Şimali Koreya lideri Kim Çen Inın qardaşının qətlə yetirilməsini təsdiq edib.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, qətlə yetirilən şəxs KXDR vətəndaşı olan Kim Çen Namdır.

Hüquq mühafizə orqanlarının əməkdaşları hələ ki Kim Çen Namın ölümünün səbəbini müəyyən edə bilməyiblər.

***

Şimali Koreya lideri Kim Çen Inın qardaşı Malayziyada qətlə yetirilib.

AzVision.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Şimali Koreya liderinin qardaşı Kim Çon Nam Kuala –Lumpur hava limanında Şimali Koreya xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən zəhərlənib.

Malayziya polisi “Reuters”ə açıqlamasında şəxsiyyəti dəqiqləşdirilməyən şəxsin hava limanından xəstəxanaya aparılarkən öldüyünü deyib.

Malayziya xüsusi xidmət orqanları ölən şəxsin kimliyini açıqlamırlar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti