Trampın köməkçisi istefa verdi (VİDEOXƏBƏR)

Trampın köməkçisi istefa verdi (VİDEOXƏBƏR)
  14 Fevral 2017    Oxunub:4973
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Maykl Flinn vəzifəsindən istefa verib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Ağ ev məlumatı təsdiqləyib.

Onun istefasına səbəb ötən ilin dekabrında Moskvanın Vaşinqtondakı səfiri Sergey Kislyakla Rusiyaya qarşı sanksiyalara dair apardığı müzakirə barədə Donald Trampı düzgün məlumatlandırmaması göstərilib.

Bir müddət əvvəl o, Ağ ev administrasiyasını düzgün məlumatlandırmadığı üçün vitse-prezident Mayk Pensdən üzr istəyib.

Məlumata əsasən, Trampın müşaviri vəzifəsinə istefada olan general-leytenant Kit Kelloqq təyin edilib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti