Müxalifət Sarkisyana qarşı birləşdi - (VİDEOXƏBƏR)

“Üç xadim, Seyran Ohanyan, Vardan Oskanyan və Raffi Hovhannisyan birləşirlər və ölkədə vəziyyətin dəyişdirilməsi üçün ümumi mübarizəyə qoşulurlar”- deyə Martirosyan bildirib.
O həmçinin vurğulayıb ki, “İrs” partiyasından deputat Zarui Postancyan hər hansı blokun əleyhinədir və seçkilərdə iştirak etməyəcək: “O, qarşıdakı seçkilərdə iştirak etmək üçün ittifaqa qarşı çıxdı”
Qeyd edək ki, bu gün "İrs", "Birlik" partiyaları və Seyran Ohanyan qarşıdakı seçkilərdə iştirak etməsi ilə bağlı memorandum imzalanıb.
Eldar Tanrıverdiyev
AzVision.az