Zəlzələ nəticəsində 4 nəfər yaralanıb, 50-yə yaxın evə zərər dəyib. İlkin məlumata əsasən, hər iki zəlzələ nəticəsndə xeyli heyvan tələf olub.
***
(11:35)
Bu gün səhər saatlarında Türkiyənin Çanaqqala vilayətində 5,3 bal gücündə zəlzələ baş verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 06:51-də baş verib. Zəlzələnin episentri Ayvacıq rayonunda qeydə alınıb.
Yeraltı təkanların ocağı 9,25 kilometr dərinlikdə yerləşib.
Son məlumata görə, zəlzələ nəticəsində 3 nəfər xəsarət alıb. Ayvacıq rayonunda köhnə tikili olan bir neçə yaşayış binası uçub. Zəlzələ həmçinin Muğla, Aydın və İzmirdə hiss edilib.


AzVision.az